Bismillah! və ya özündən USA açanlar…

Bİsmillahir-Rəhmanir-Rəhim!
Həmişə hər yeni günə,işə və fəaliyyətə başlayanda bu müqəddəs sözlərlə başlayıram. Təbii ki, bu Allaha sevgi,inamla bağlı olan bir şeydir. Burda mollalıq eləmək fikrim yoxdur. Onsuzda indiki “mollaların” camaatın başına nə oyun açdığı hamıya məlumdur. Həm camaatı aldadırlar həm də “molla” adına ləkə gətirirlər.Nəysə söhbətdən yayınmayaq..
İlk postumu son zamanlar geniş yayılan yeni bir dəbə – allahsızlara-ateistlərə “həsr” etmək isdətim nədənsə. Bəli, düz oxumusuz- dəb!  Allahın mövcudluğunu isbat edən bu qədər fakt və sübut olduğu halda onu inkar edənləri necə başa düşəsən?! Yəni doğurdan da bütün bu təbiət,yer-göy,gecə-gündüz,kainat,ulduzlar,daş,torpaq,heyvanlar və ən əsası insan özü yaranıb? Hansı məntiqə sığır bu? Maraqlısı da odur ki, qarşılaşdığım bəzi ateistlər durduqları yerdə Tanrını təhqir edirlər( Əstağfürillah). Yaxşı əgər Tanrı yoxdursa,onda Onu niyə təhqir edirsən? Sadəcə sən Onun varlığını qəbul etmək istəmirsən.Belə demək olarsa Kolumbluq eləyib özündən Amerika açırsan.
Hər dəfə ateist ilə söhbətləşəndə əsəbləşirdim. Lakin sonra yavaş-yavaş əsəbimi daha məqsədyönlü yerlərə “xərcləməli” olduğumu anladım. Belə kafirlərin yeri onsuzda bəllidi. Daha mübahisə etməyə dəyərmi? Demək istəmirəm ki,mənim yerim behiştdir. Sadəcə mənim cəhənnəmim onların cəhənnəminin yanında cənnət olacaq. Əvvəl-axır Haqq öz sözünü deyəcək İnşAllah.

Advertisements